Avropa İttifaqı ölkələrinin liderləri Vaşinqton və Kiyev arasında münasibətlərin daha da pisləşməsindən ehtiyat edərək Vladimir Zelenskini ABŞ Prezidenti Donald Trampa qarşı açıq tənqidləri yumşaltmağa çağırmaq niyyətindədirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ-nin 27 liderinin mesajı “anlayışlı, lakin qətiyyətli” olacaq. Bu mesajın oktyabrın 16-da Brüsseldə keçiriləcək Aİ sammiti çərçivəsində qapalı görüşdə Zelenskiyə şəxsən çatdırılması planlaşdırılır.
“Bu, həqiqət ola bilər, lakin hər şey barədə ucadan bəyanat vermək məcburi deyil”, – deyə qəzetin həmsöhbətlərindən biri Zelenskinin şikayətlərin şərh edərkən bildirib.
Məryəm





















