"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

ƏHD Partiyasının bəyanatı

15 Oktyabr 2026 - 13:35
in SİYASƏT
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Bunu da oxuyun

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

İclasda məktəbli geyimi və dini etiqad azadlığı ilə əlaqədar ölkəmizdə aparılan müzakirələrə münasibət bildirib.
ƏHD Partiyasının bununla qəbul etdiyi bəyanatda deyilir:

“Dinlər insanları Allahı tanımağa, onu sevməyə və Allahın xeyirxah əməlləri mükafatlandırıb, zalımları cəzalandırdığına inanmağa çağırır.

İnsanın Allaha olan sevgisi onun dini rituallara əməl etməsi ilə deyil, insanlığa xidmət etməsi ilə müəyyən olunur. İslam Azərbaycanda yaşayan insanların əksəriyyətinin iman gətirdiyi dindir və mənəvi həyatımızın bir hissəsidir. Allah başqalarına dindar olduğunu nümayiş etdirənləri yox, insanlar üçün faydalı iş görənləri sevər və mükafatlandırar. Dindar olmaq Allah adamı olmaq demək deyil. Biz, bəzi Qərb ölkələrində vaxtilə Allahın evi olan kilsələrdə inkvizisiya məhkəmlərinin dəhşətli işgəncələri, dövrümüzdə isə kilsələrdə din xadimləri tərəfindən azyaşlı oğlan uşaqlarının necə cinsi istismara məruz qalması, din pərdəsi altında işğallar barədə çox oxumuşuq. Qarabağın işğalı zamanı dini təəssübkeşlik pərdəsi altında ədalətin, haqqın necə ayaqlar altına atılmasını, bir milyon müsəlmanın ev-eşiyindən didərgin salınması, məscidlərimizin, islam abidələrinin dağıdılması zamanı din qardaşlarımızın bizi necə müdafiə etməsini görmüşük, böyük üzüntü içərisində həmin acıları yaşamışıq. İnanclı insanları radikallaşdırıb, siyasi məqsədlərlə dini istismar və ondan sui-istifadə edənləri Böyük Yaradan həmişə cəzalandarıb, cəzalandıracaq. Hökumətin fəaliyyətindən narazı vətəndaşlarımız bir az uzağa baxıb bu mövzudan iqtidara qarşı istifadə etməməlidir. İslamın siyasiləşməsi və dindarların əsas siyasi müxalifətə çevrilməsi ölkəmizə yaxşı heç nə vəd etmir.
İnsanlarımız bilməlidir ki, yaşamaq uğrunda çarpışan yoxsul cəmiyyətlərdə nə din olmaz, nə də başqa ali insani dəyərlər. Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir. Biz, məktəblərə uşaqlarımızın başıbağlı, yaxud başıaçıq getməsini yox, təhsilin keyfiyyətini, repetitorluğun niyə aradan qalxmaması kimi məsələləri, qanunsuzluqla üzləşən kiçik və orta sahibkarların, hüquqları pozulan sadə vətəndaşların niyə məscidlərə üz tutmasını, güclü rifah dövləti olmağımızın qarşısında dayanan böyük əngəlləri müzakirə etməliyik. Yalnız inkişaf etmiş cəmiyyətlərdə ali dəyərlər bərqərar olur, insan hüquq və azadlıqlarına ciddi təminatlar yaradılır.
Qardaş Türkiyədə tərəfdarları əsasən əyalətlərdəki dindar kəsim olan AKP-nin funksionerlərinə müraciət edirik ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığının məhdudlaşdırılması deyil. Həm də insan hüquq və azadlıqları yalnız dini etiqad azadlığı ilə müəyyən olunmur və qardaş Türkiyədə hüquqi dövlət, mülki cəmiyyət quruculuğu sahəsində çox ciddi problemlər var. Azərbaycanda insan hüquqlarının durumu Türkiyəni, o cümlədən AKP iqtidarını heç vaxt ilgiləndirməyib. Əgər bu gün hansısa məsələ ilə əlaqədar Azərbaycan iqtidarı ilə fikir ayrılıqları yaranıbsa, bu, belə bir həssas məsələ üzərindən münasibətlərə ziyan vuran formada yox, masa arxasında həll olunmalıdır. Bizim düşmənləri sevindirən vaxtımız deyil.

ƏHD Partiyası eyni zamanda hökumətin vahid məktəbli forması ilə bağlı qərarını birmənalı dəstəkləyir və milli geyim forması olan kələğayının vahid məktəbli formasına daxil edilməsini nəzərdən keçirməyə çağırır!”.

ƏHD Partiyası mətbuat xidməti

Previous Post

“Heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq” – Pezeşkian

Next Post

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Bənzər yazılar

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03

Bu gün Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı – 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak...

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib. Elchi.az xəbər verir ki,...

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan...

Next Post
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ABŞ Səudiyyə Ərəbistanından təxliyə əmri verdi

ABŞ Səudiyyə Ərəbistanından təxliyə əmri verdi

22 Oktyabr 2026 - 10:35
Bu ilin 9 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin 9 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

22 Oktyabr 2026 - 10:24
Tramp İranla müharibəni “gördüyü ən yaxşı işlərdən biri” adlandırdı

Tramp İranla müharibəni “gördüyü ən yaxşı işlərdən biri” adlandırdı

22 Oktyabr 2026 - 10:11
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

22 Oktyabr 2026 - 10:00
UEFA Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”ı qəbul edir

UEFA Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”ı qəbul edir

22 Oktyabr 2026 - 09:49
FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib – VİDEO

FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib – VİDEO

22 Oktyabr 2026 - 09:38
Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

22 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

22 Oktyabr 2026 - 09:14
Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.