"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

14 Oktyabr 2026 - 10:25
in İQTİSADİYYAT
FacebookVatsap

Bu gün Bakıda regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) işinə başlayıb.

Bunu da oxuyun

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

Elchi.az xəbər verir ki, 14-16 oktyabr tarixlərində keçiriləcək tədbir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda Caspian Construction Week” dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.

Həftə çərçivəsində “BakuBuild” – 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” – 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və “Plastex Caspian” – 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunacaq.

Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) yer alır.

Həftə çərçivəsində “BakuBuild” sərgisində tikinti və istehsalat avadanlıqları, tikinti materialları, döşəmə, interyer və memarlıq həlləri, işıqlandırma və izolyasiya sistemləri, keramika və üzlük daşı, metal məmulatları, pəncərə və qapılar, landşaft həlləri və digər istiqamətlər üzrə məhsul və texnologiyaları nümayiş etdirəcək. “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xidmət edəcək. “Aquatherm Baku” istilik, havalandırma, kondisionerləşdirmə, su təchizatı və santexnika sahələrini, “Plastex Caspian” isə plastik və polimer sənayesində xammal, istehsal texnologiyaları və hazır həlləri əhatə edəcək.

200-dən çox şirkət Xəzər İnşaat Həftəsində iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alır. İtaliya, Özbəkistan və Rusiya sərgidə milli pavilyonlarla təmsil olunacaq. 2026-cı ildə İtaliya sərgidə iştirakını genişləndirərək iki pavilyonla çıxış edəcək. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiya olacaq. Bir neçə sərginin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində daha geniş peşəkar auditoriyaya çıxış imkanı yaradacaq.

Sərgilərin zəngin işgüzar proqramına panel müzakirələri, tematik sessiyalar, təqdimatlar, eləcə də B2B və B2G görüşləri daxil olacaq. Bu format şirkətlərə özəl sektor və dövlət qurumlarının nümayəndələri ilə birbaşa danışıqlar aparmaq, bazarın tələbatını öyrənmək, təchizat və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradacaq.

“Caspian Construction Week” ilə eyni tarixlərdə “Road & Traffic” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də təşkil olunacaq. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları üzrə mütəxəssisləri bir araya gətirəcək. Burada yolların, körpülərin və tunellərin layihələndirilməsi və tikintisi, şəhərsalma, yol-tikinti texnikası, geodeziya və GIS sistemləri, parkinq sistemləri, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, ictimai nəqliyyat, ödəniş sistemləri, velo-nəqliyyat infrastrukturu, yol nişanları, işıqlandırma və təhlükəsizlik həlləri təqdim ediləcək. Hazırkı dövrədək sərgidə Azərbaycan, Çin, Rusiya Federasiyası və digər ölkələrdən “Bohnenkamp”, “Fujian Tıetuo Machinery Co., Ltd”, “Geoid”, “Global Automobiles”, “K Group (Bakıkart)”, “Miakom SPB”, “STP-BTECH” kimi şirkətlər iştirakını təsdiq etmişdir. Eyni zamanda “Road & Traffic” sərgisində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi öz stendi ilə təmsil olunacaq.

Bakıda Xəzər İnşaat Həftəsi keçirilirBakıda Xəzər İnşaat Həftəsi keçirilir
Previous Post

Zelenski: Müttəfiqlər Kiyevi Rusiyanın ballistik raket hücumları barədə xəbərdar etməyib

Next Post

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Bənzər yazılar

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 24 və 25 oktyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar...

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59

“Brent” markalı xam neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə çatıb. Elchi.az xəbər verir ki, “Brent”in qiyməti may ayından...

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57

“AzerGold” QSC ilə Asiya İnkişaf Bankı (AİB) arasında dağ-mədən sənayesi və kritik mineralların hasilatı və emalı sahələrində əməkdaşlıq imkanları müzakirə...

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44

“Şərqi Azəri” platformasından indiyədək 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Prezident “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.