"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qarabağın və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği, Böyük Qayıdış və gənclərin maarifləndirilməsi əsas fəaliyyət istiqamətlərimizdəndir- Nurəddin Mehdiyev

04 Mart 2026 - 19:57
in CƏMİYYƏT
FacebookVatsap

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyevin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı danışdı.
“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi Ermənistan-Azərbaycan münaqişəsi, işğaldan azad edilmiş ərazilərimizin tarixi, mədəni irsi və işğalın nəticələri haqqında ölkə daxilində və beynəlxalq ictimaiyyət arasında məlumatlılığın artırılmasını, xüsusilə gənc nəslin maarifləndirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Təşkilatımızın başlıca məqsədlərindən biri Qarabağ və Qərbi Azərbaycan həqiqətlərinin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş auditoriyaya çatdırılması, tarixi-mədəni irsimizin tanıdılması və gənclərin bu istiqamətdə maarifləndirilməsidir. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi prosesinə ictimai dəstəyin gücləndirilməsini vacib hesab edirik.
Çoxillik layihə idarəetmə təcrübəsinə malik təşkilatımız ötən illər ərzində Qarabağ və Qərbi Azərbaycan mövzularında çoxsaylı layihələr həyata keçirib, sənədli və animasiya filmləri, virtual səyahətlər və digər multimedia məhsulları hazırlayıb. Bu layihələrin əsas məqsədi tarixi həqiqətlərin, milli-mədəni irsimizin və xalqımızın yaşadığı faciələrin müxtəlif yaş qruplarına, xüsusilə gənclərə müasir və anlaşıqlı formatlarda çatdırılması olub.
Bu istiqamətdə hazırladığımız məhsullar sırasında Azərbaycan, ingilis, rus, türk və fransız dillərində təqdim edilən “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, “İrəvan – gizlədilmiş həqiqətlər”, “Zəngəzur”, “Qarabağ: Əcdadlarımızın mirası”, “Xocalı – bir millətin kədəri” və “Göyçə – itirilmiş ocaq” sənədli filmləri xüsusi yer tutur. Bundan başqa, “Qarabağ Atı” və “Mübariz İbrahimov” animasiya filmləri, eləcə də Şuşa, Laçın, Cəbrayıl, Qubadlı və Kəlbəcərə həsr olunmuş Azərbaycan və ingilis dillərində virtual səyahət layihələri vasitəsilə milli irsimizin və işğaldan azad edilmiş ərazilərimizin tanıdılmasına töhfə vermişik.
Bu təcrübə bizə göstərir ki, müasir informasiya texnologiyaları tarixi-mədəni irsin qorunması və təbliği, gənclərin maarifləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından geniş imkanlara malikdir. Rəqəmsal məzmun, sənədli filmlər, animasiya və virtual səyahətlər gənclərin diqqətini cəlb etməklə yanaşı, onların tarixi irsə marağının artırılmasına və məlumatların daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Təşkilatımız elmi və maarifləndirici tədbirlərin təşkilinə də xüsusi önəm verir. 2016-cı ilin may ayında “İrəvanın maddi və mənəvi irsi” adlı elmi-praktiki konfransın təşkilində yaxından tərəfdaşlıq etməyimiz bu istiqamətdə fəaliyyətimizin mühüm mərhələlərindən biri olub.
2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycanın maddi və mədəni irsi mövzusunda” respublika elmi konfransını həyata keçirmişik. Həmin il Azərbaycan Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində “Qərbi Azərbaycan mövzusunda tələbə-gənclərlə interaktiv görüşlərin təşkili” layihəsini icra etmişik. 2024-cü ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində “Gənclər arasında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin müasir informasiya metodları ilə təbliği” layihəsini reallaşdırmışıq.
2025-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində eyniadlı kitabın təqdimatı təşkil olunub. Bu layihələr tarixi yaddaşın qorunması, toponimlər və mədəni irs məsələlərinin ictimai müzakirəyə çıxarılması, eləcə də gənclərin bu mövzulara marağının artırılması baxımından əhəmiyyət daşıyır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və dirçəliş prosesi qarşımızda yeni vəzifələr qoyur. Böyük Qayıdış yalnız insanların doğma yurdlarına qayıtması deyil, həm də həmin ərazilərin sosial, iqtisadi, elmi, mədəni və ekoloji baxımdan inkişafıdır. Bu prosesdə gənclərin bilik və bacarıqlarından, yaradıcı potensialından və tədqiqat imkanlarından istifadə olunması xüsusi əhəmiyyət kəsb edir.
İnanırıq ki, tələbə-gənclərin Qarabağ və Şərqi Zəngəzurun tarixi, mədəniyyəti, təbii sərvətləri, ekoloji vəziyyəti və inkişaf perspektivləri ilə bağlı araşdırmalara cəlb edilməsi həm elmi düşüncənin inkişafına, həm də regionun gələcəyinə dair yeni ideyaların formalaşmasına kömək edə bilər. Universitetlər, elmi müəssisələr və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi bu baxımdan mühüm istiqamətdir.
Bizim üçün əsas prioritetlərdən biri gəncləri yalnız məlumatlandırmaq deyil, onları araşdırmağa, öyrənməyə, elmi nəticələr hazırlamağa və əldə etdikləri bilikləri cəmiyyətlə bölüşməyə təşviq etməkdir. Tarixi-mədəni irsin rəqəmsal vasitələrlə təbliği, gənc tədqiqatçıların təşəbbüslərinin dəstəklənməsi və işğaldan azad edilmiş ərazilərin inkişafına dair elmi yanaşmaların təşviqi gələcək fəaliyyətimizin də mühüm istiqamətləri sırasında yer alır.
Əminəm ki, dövlət qurumları, universitetlər, qeyri-hökumət təşkilatları və gənclər arasında əməkdaşlığın gücləndirilməsi Qarabağ və Şərqi Zəngəzurun bərpası və dirçəlişi, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması, milli yaddaşın qorunması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əlavə töhfələr verəcək.

Bunu da oxuyun

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Previous Post

Azərbaycanda ödənişli atalıq məzuniyyətindən istifadə edənlərin sayı açıqlanıb

Next Post

İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib

Bənzər yazılar

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və...

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı...

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08

Vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına, eləcə də əlavə ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması təklif edilir. Elchi.az...

Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42

Qəbul imtahanlarında dəyişikliklərin edilməsi, yeni fənlərin əlavə olunması və ya mövcud imtahan formatının yenilənməsi təhsil ictimaiyyətinin, şagirdlərin və valideynlərin diqqət...

Next Post
İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib

İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib

Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb

Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

29 Oktyabr 2026 - 14:00
Azərbaycanda bankların birləşməsi davam edəcək

Azərbaycanda bankların birləşməsi davam edəcək

29 Oktyabr 2026 - 13:52
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub

29 Oktyabr 2026 - 13:30
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27
“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

“Biz təbii müttəfiqik, eyni millətik”-Qüdrət Həsənquliyev

29 Oktyabr 2026 - 13:17
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16
Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

Məmurların biznes fəaliyyəti məhdudlaşdırılacaq

29 Oktyabr 2026 - 13:08
Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

Kiyevlə Mask arasında “Starlink” gərginliyi: Nələr baş verir?

29 Oktyabr 2026 - 13:00
Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

29 Oktyabr 2026 - 12:53
Abituriyentlər 3 fəndən imtahan verə bilər

Abituriyentlər 3 fəndən imtahan verə bilər

29 Oktyabr 2026 - 12:42
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

29 Oktyabr 2026 - 12:30
156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

29 Oktyabr 2026 - 12:05
Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

Ərzaq məhsulları üzrə qiymətlərin artımı 6,9% təşkil edib

29 Oktyabr 2026 - 11:58
Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

Təyyarəni qaçırmaqla bağlı zarafat edən sərnişin həbs olundu

29 Oktyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.