Filippinin Batangas əyalətində, Maniladan təxminən 50 km cənubda Taal vulkanının püskürməsi qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb.
82 dəqiqə davam edən bir vulkanik titrəyiş baş verib. Püskürmənin özü isə cəmi 5 dəqiqə çəkib. Partlayış nəticəsində yaranan tünd-boz bulud kraterdən 4 min metr hündürlüyə qalxıb.
Bundan əvvəl Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Episentri General-Santos şəhərindən 48 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Məryəm





















