"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Mərkəzi Asiya dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən hazırlıq işlərini yüksək qiymətləndirib – BİRGƏ BƏYANAT

08 Oktyabr 2026 - 12:20
in SİYASƏT
FacebookVatsap

8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq Birgə Bəyanat imzalanıb.

Bunu da oxuyun

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Elchi.az verdiyi xəbərə görə, bəyanatda tərəflər Azərbaycan Respublikasının Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyətini vurğulayıblar.

Eləcə də, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.

Sənəddə dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində, o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə etdilər.

Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd etdilər və “Şərq–Qərb” və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq etdilər.

Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün enerji dəhlizinin yaradılmasıdır.

Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd etdilər. Həmçinin vurğuladılar ki, Mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək verməyə hazır olduqlarını ifadə etdilər:

– qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi,

– ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,

– qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin mübadiləsi,

– sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması,

– əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,

– humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,

– Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi,

– Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi.

Previous Post

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Next Post

Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

Bənzər yazılar

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma...

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Elchi.az...

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post
Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

Bu ilin doqquz ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı məlum olub

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.