ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirdiyini və bunun tezliklə bitəcəyini gözlədiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Merilend ştatının Baltimor yaxınlığındakı”Sparrows Point” gəmiqayırma zavodunda çıxış edən Tramp “Rusiya və Ukrayna arasındakı münaqişəni hələ bitirməmişik. Mən bunun üzərində işləyirəm… bu, tezliklə baş verəcək”,-deyib.
Amerika prezidenti danışıqlar prosesinin irəliləməsi üçün hansı addımların atıldığını və münaqişənin tez bir zamanda dayandırılması ilə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Tramp Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq istədiyini əvvəllər də dəfələrlə bəyan edib. Sentyabrın 22-də BMT Baş Assambleyasının kənarında o, Ukrayna prezidenti Volodimir Zelenski ilə müharibəni dayandırmaq üçün həll yolu tapmaq üzərində çalışdıqlarını və bunun baş verəcəyinə inandıqlarını söylədi.
Bu arada, oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva danışıqları mümkün qədər tez başlamağa və yekunlaşdırmağa hazırdır, lakin istənilən razılaşmanın Rusiya üçün məqbul olmasını və mövcud vəziyyəti nəzərə almasını vacib hesab edir.
Yeganə





















