ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yerin təbii peykində Amerika baza
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir addım kosmik sənayenin sürətlə artan tələbat fonunda raket-daşıyıcı çatışmazlığı ilə mübarizə apardığı bir dövrə təsadüf edir. “Biz NASA tərəfindən Ay bazasının bütün ehtiyaclarını təmin edə biləcək raket-daşıyıcıların kütləvi satın alınması imkanını nəzərdən keçiririk. Yaxın perspektivdə, ehtimal ki, bu cür satınalmaların ilk paketini elan edəcəyik”, – deyə NASA-nın Ay bazası proqramının rəhbəri Karlos Qarsiya-Qalan agentliyə bildirib.
Qeyd olunur ki, artıq 2029-cu ildə kosmik idarəyə enerjisistemlərinin, yaşayış modullarının və orada insanın yaşaması üçün zəruri olan digər infrastrukturların tikintisi üçün Aya təxminən 60 ton avadanlıq çatdırmağa qadir raket-daşıyıcılar lazım olacaq.
Bu ilin may ayında NASA 2032-ci ilə qədər Aydan Amerika insanlı stansiyasının yerləşdirilməsi planlarını elan etmişdi.
Məryəm





















