Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Endi Börnemin “ölkənin Avropa İttifaqına yenidən qoşulması mövcud variantlardan biridir” bəyanatını şərh edərkən, “Xoş gəlmisiniz. Bu, yaxşı qərardır” dedi.
Elchi.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron İspaniyaya səfəri zamanı Baş nazir Pedro Sançeslə birgə mətbuat konfransı keçirdi. Böyük Britaniyanın Baş naziri Endi Börnemin “ölkəsinin Avropa İttifaqına (Aİ) yenidən qoşulmasının mövcud variantlardan biri olması” barədə bəyanatı ilə bağlı sualı cavablandıran Makron dedi: “Əgər britaniyalılar Aİ-yə yenidən qoşulmaq istəsəydilər, bu, avropalılar üçün çox yaxşı xəbər olardı. Xoş gəlmisiniz.”
Fransa və Böyük Britaniya arasında müdafiə, təhlükəsizlik və miqrasiya kimi sahələrdə ikitərəfli əlaqələrin davam etdiyini qeyd edən Makron bildirdi: “Bu, yaxşı qərardır. Börnem bu cəsarəti göstərməkdə haqlıdır. Aİ-yə qayıdın.”
Şayəstə





















