Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayının 8067-yə, ölənlərin sayının isə 3901-ə çatdığı bildirilib. Rəsmilər epidemiyanın yeddi əyalətdə təsirini davam etdirdiyini qeyd ediblər.
Elchi.az xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara əsasən, yeddi əyalətdə davam edən epidemiya zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 8067-yə, ölüm halları isə 3901-ə yüksəlib.
Qeyd olunub ki, epidemiya nadir rast gəlinən “Bundibugyo” virusu variantı səbəbindən yaranıb – bu virusa qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil – və ölüm səviyyəsi 48 faizi keçib.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) epidemiyanın başlanğıcından bəri virusa yoluxan 50 tibb işçisinin həyatını itirdiyini açıqlayıb. Africa CDC bildirib ki, yayılma sürəti baxımından mövcud vəziyyət 11 mindən çox insanın həyatına son qoyan 2014–2016-cı illərdəki Qərbi Afrika regional epidemiyasını geridə qoyub.
Şayəstə





















