"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

25 Sentyabr 2026 - 10:29
in SİYASƏT
FacebookVatsap

2Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

Bunu da oxuyun

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

Elchi.az xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırladı.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xatırladı.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.

Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edibPrezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Previous Post

Bu ilin 8 ayında Azərbaycana 1586 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Next Post

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Bənzər yazılar

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşüb. Elchi.az "Tasnim"ə istinadən xəbər...

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10

İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb. Elchi.az IRIB-yə istinadən xəbər verir...

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20

"Suverenlik, konstitusiya, kimlik, azadlıq və demokratiya kimi anlayışlar xüsusilə öz suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan ölkələr üçün xüsusi...

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07

"Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib". Elchi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü münasibətilə Bakıda...

Next Post
Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.