ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Vladimir Zelenski ilə Ukrayna münaqişəsi zamanı energetika infrastrukturuna zərbələrin dayandırılması zərurətini müzakirə edəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Fox News” telekanalına müsahibəsində ondan Amerika liderinin “energetika barışığı”nı müzakirə etmək üçün Zelenski ilə görüşüb-görüşməyəcəyi soruşulub.
“Söhbət hücumların dayandırılması baxımından dondurulmadan gedir. Biz məhz bunu təklif edəcəyik. Hesab edirik ki, energetika infrastrukturuna zərbələrlə bağlı nə Ukrayna infrastrukturunun, nə də Rusiyanın enerji təchizatının hücuma məruz qalmayacağı bir barışıq əla ideya olardı. Bu, ideal nəticədir. Biz bu variantı dəstəkləyirik və buna nail olmağın mümkünlüyünü görmək üçün onu təklif edəcəyik. Biz bunu bir sıra ölkələrlə də müzakirə etmişik, lakin bu müharibə olduğu üçün hər iki tərəfin razılığı tələb olunur və çətinlik də məhz bundadır”, – deyə Amerika diplomatiyasının rəhbəri “Fox News” telekanalına müsahibəsində bildirib.
Məryəm





















