İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından “qeyri-qanuni” keçməyə cəhd edən Toqo bayraqlı bir tankerə zərbə endirdiyini açıqladı.
Elchi.az xəbər verir ki, ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda, Hörmüz boğazı ilə bağlı təhlükəsizlik narahatlıqlarını artıra biləcək daha bir hadisə baş verdi.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından “qeyri-qanuni” keçməyə cəhd edən Toqo bayraqlı bir tankerə zərbə endirdiyini açıqladı.
Hücumdan sonra gəmidə yanğın baş verdiyini bildirən açıqlamada iddia edildi ki, sözügedən tanker ABŞ hərbçiləri tərəfindən “təhrik edildiyi və yanlış yönləndirildiyi” üçün Hörmüz boğazından keçməyə cəhd göstərib.
İranın Hörmüz boğazı üzərindəki nəzarətini vurğulayan açıqlamada xəbərdarlıq edildi ki, “Hörmüz boğazından qeyri-qanuni keçmək cəhdləri qaydaları pozan gəmilərin məhv edilməsindən başqa bir nəticə verməyəcək”.
Şayəstə





















