İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran tankerlərinə hücumlara cavab olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə raket zərbəsi endirdiyini bəyan edib.
Elchi.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Nəşrdə dəqiqləşdirilir ki, SEPAH qanadlı raketlər və “Aegis” sistemləri ilə təchiz olunmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə vurulan zərbələri elan edib. Onlar bu addımı ABŞ-nin İran neft tankerlərinə hücumuna cavab olaraq atıblar.
Məryəm





















