İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib.
Elchi.az “Fars” agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı ilə 22:15) radələrində qeydə alınıb.
“Yerli mənbələr səsin dəniz istiqamətindən və “Qara daş” bölgəsi yaxınlığından eşidildiyini, partlayışın iki mərhələdə və qısa fasilə ilə baş verdiyini bildirirlər”.
Partlayış səsinin təfərrüatları barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, İranın “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahı ABŞ-nin hücum edəcəyi təqdirdə, sərt cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib.





















