Boeing 767 yük təyyarəsi Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına eniş edərkən uçuş-enmə zolağından çıxdı. Faciəli hadisədə beş nəfər həlak oldu.
Elchi.az Boeing 767 yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına eniş edərkən uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfərin öldüyü bildirilib.
Mayami-Dade şerifi Rozi Kordero-Stutz, şirkətə məxsus yük təyyarəsinin dünən yerli vaxtla saat 13:58-də Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına eniş edərkən uçuş-enmə zolağından çıxdıqdan sonra qəzaya uğradığını açıqladı.
Kordero-Stutz qəzada beş nəfərin öldüyünü və beş yaralının xəstəxanalara aparıldığını bildirdi. Qəza ilə bağlı araşdırma başlanılıb.
Şayəstə





















