ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşnerin bu həftə sonu Ukrayna böhranının tənzimlənməsi yollarını müzakirə etmək məqsədilə Moskva və Kiyevə səfərləri nəzərdə tutulub.
Elchi.az xəbər verir ki, bu barədə cümə günü “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“ABŞ rəsmiləri bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın elçiləri — Vitkoff və Kuşner münaqişənin başa çatdırılması üzrə danışıqlar aparmaq üçün bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər”, — deyə portal məlumat verir.
Məryəm





















