2026-cı il sentyabrın 10-dan dekabrın 9-dək Polşanın şərq hissəsi EP R134 müvəqqəti məhdudlaşdırılmış hava hərəkəti zonasına daxil olacaq.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının “X” şəbəkəsindəki bəyanatında bildirilir.
Zona yer səthindən FL95 uçuş səviyyəsinə qədər, yəni təxminən 3 km hündürlüyədək olan məkanı əhatə edəcək. Bu mühüm təfərrüatdır, çünki sərnişin təyyarələri çox daha yüksək hündürlüklərdə uçuşlar həyata keçirirlər.
“Beləliklə, məhdudiyyət zonası böyük hündürlükdə uçan sərnişin təyyarələrinə şamil olunmur”, — deyə Silahlı Qüvvələrin Əməliyyat Komandanlığı məlumat verib.
Komandanlıq izah edir ki, bu məhdudiyyətlər Polşanın şərqində hərbi hava hücumundan müdafiə sisteminin daha effektiv fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Məryəm





















