"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq

03 Sentyabr 2026 - 14:30
in CƏMİYYƏT
FacebookVatsap

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib.

Bunu da oxuyun

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib – VİDEO

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Elchi.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.

Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 aydan çox olmayan müddətdə müəyyən ediləcək.

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilməyəcək. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.

Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 sutkadır.

Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:

tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanununda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək;
malları gömrük ərazisindən geri qaytarmaq;
mallardan dövlətin xeyrinə imtina etmək.

Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödəniləcək.

Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Müvəqqəti saxlanc bəyannaməsi

Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim ediləcək.

Müvəqqəti saxlanc bəyannaməsi malları gömrük ərazisinə gətirmiş şəxs, onun adından çıxış edən şəxs, mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs, malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs, saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim ediləcək.

Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.

Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə ediləcək:

barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;
malların gömrük orqanlarına təqdim edilməsi zamanı;
müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.

Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul ediləcək. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi veriləcək.

Aşağıdakı abzasda nəzərdə tutulmuş hallar istisna olmaqla bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə veriləcək. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.

Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilməyəcək:

gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.

Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.

Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər

Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçiriləcək. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.

Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala biləcəklər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilməyəcək.

Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:

müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;
malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.

Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam veriləcək.

Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verəcək.

Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınacaq.

Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək.

Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Malların müvəqqəti saxlancda qalma müddəti

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla malların müvəqqəti saxlancda qalma müddəti 4 aydan çox olmamalıdır.

Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən ediləcək. Müvəqqəti saxlanc bəyannaməsini təqdim etmiş şəxsin əsaslandırılmış müraciəti olduqda gömrük orqanı həmin müddəti yuxarıdakı abzasda göstərilən müddət çərçivəsində uzadacaq.

Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya təkrar ixrac olunmalıdır.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

Previous Post

Günəşdə yeni güclü alışmalar gözlənilir

Next Post

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Bənzər yazılar

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib – VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib – VİDEO

04 Noyabr 2026 - 09:37

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Bu barədə Elchi.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə...

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub. Bu barədə Elchi.az -...

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib. Bu barədə Elchi.az - a Ombudsman Aparatından məlumat verilib....

Next Post
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlandı

Azərbaycan şirkəti Ermənistandan məhsul alıb – tarixdə ilk dəfə

Azərbaycan şirkəti Ermənistandan məhsul alıb - tarixdə ilk dəfə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

04 Noyabr 2026 - 12:08
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

04 Noyabr 2026 - 11:57
Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

04 Noyabr 2026 - 11:46
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

04 Noyabr 2026 - 11:35
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

04 Noyabr 2026 - 11:27
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

04 Noyabr 2026 - 11:12
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

04 Noyabr 2026 - 11:00
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

04 Noyabr 2026 - 10:51
UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

04 Noyabr 2026 - 10:43
Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

04 Noyabr 2026 - 10:38
Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

04 Noyabr 2026 - 10:24
Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

04 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.