İran Səhiyyə Nazirliyinin sözçüsü Kermanpur ABŞ-ın ölkəsinə son hücumlarında ən azı 18 nəfərin həyatını itirdiyini və 142 nəfərin yaralandığını açıqladı.
Elchi.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur ABŞ-ın ölkəsinə son hücumlarında ölənlərin sayını ictimaiyyətlə bölüşdü. Kermanpur sosial media hesabında verdiyi açıqlamada ABŞ hücumlarında 2 qadın və 1 uşaq olmaqla ən azı 18 nəfərin həyatını itirdiyini bildirdi və əlavə etdi ki, “142 nəfər yaralanıb, onlardan 61-i qadın, 44-ü isə 18 yaşdan kiçikdir”. İtkilərin sadəcə rəqəmlər olmadığını vurğulayan Kermanpur dedi: “Hər rəqəmin arxasında bir insan və bir ailə dayanır”.
Şayəstə





















