Macarıstandakı Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya mülki təyyarələri ilə bağlı təhdidlərini terrorizm kimi qiymətləndirib.
Elchi.az xəbər verir ki, o, bu bəyanatı özünün X hesabında verib.
“Dövlət terrorizmi. Bunun əvəzini Aİ vətəndaşları ödəyir”, – deyə o yazıb.
Sentyabrın 1-də Zelenski Rusiya üzərindən uçuşlar həyata keçirən beynəlxalq aviaşirkətlərə müraciət edərək, pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən həmin ölkənin hava məkanından istifadəni dayandırmağa çağırıb. Ukrayna lideri bildirib ki, Rusiya hava məkanı tamamilə təhlükəli hala gəlir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin təhdidlərinə cavab verib. Onun sözlərinə görə, Kiyev dövlət aparatı ilə terror üsullarının birləşməsini təmsil edir.
Yeganə





















