Misirin Cənubi Sina əyalətində sərnişin avtobusu aşıb. Dəhşətli qəza nəticəsində 16 nəfər ölüb, 28 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Misir Səhiyyə və Əhali Nazirliyinin açıqlamasında qəzanın səhər saatlarında Cənubi Sina əyalətindəki Dahab-Nuveyba magistral yolunda baş verdiyi bildirilib. Bildirilib ki, sərnişin avtobusu aşması nəticəsində hadisə yerində 16 nəfər ölüb, 28 nəfər yaralanıb.
Əraziyə iyirmi təcili yardım maşını göndərilib və nazirlik rəsmiləri yaralıların ilkin müalicədən sonra xəstəxanalara aparıldığını və sağlamlıq vəziyyətlərinin yaxından izlənildiyini bildiriblər.
Qəza ilə bağlı araşdırma başlanıb.
Şayəstə





















