Bəhreyn vətəndaşları sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağıraraq təhlükə barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, xəbərdarlıq Bəhreyn Daxili İşlər Nazirliyinin açıqlamasında verilib.
İctimaiyyəti sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağıran açıqlamada, ictimai təhlükəsizliyi qorumaq üçün rəsmi kanallar vasitəsilə xəbərləri izləmək tövsiyə olunub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı İnqilab Keşikçiləri Korpusunun hədəflərinə hücumlar başlatdığını açıqlayıb.
İran həmçinin ABŞ hücumlarına qarşı raket və dronlarla cavab hücumları başlatdığını açıqlayıb.
İran ordusu Bəhreyndəki Şeyx İsa Hava Bazasında ABŞ radar qurğularının və ABŞ əsgərlərinin toplaşdığı mərkəzlərin kamikaze dron hücumları ilə hədəfə alındığını açıqlayıb.
Şayəstə





















