İİKK: Hörmüz boğazı üzərində Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsi vurulub.
Elchi.az xəbər verir ki, Press TV İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) istinadən Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsinin vurulduğunu bildirdi.
İİKK-nın bəyanatında MQ-9 Reaper pilotsuz təyyarəsinin Fars körfəzi sularına düşdüyü bildirilib.
31 avqustda İİKK sözçüsü İran Aerokosmik Qüvvələrinin İordaniyadakı Kral Hüseyn və Əl-Əzraq hava bazalarına zərbə endirmək üçün raket və dronlardan istifadə etdiyini açıqladı. O, bu obyektlərdə Hörmüz boğazında İranın Larak adasına hücumda iştirak edən ABŞ qırıcı təyyarələrinin yerləşdiyini bildirdi.
ABŞ pilotsuz təyyarələrinin Larak adasına hücum etdiyi bildirilib. The Hill-in məlumatına görə, ABŞ tərəfi İİKK bölmələrinin Hörmüz boğazına doğru dəniz minaları daşıyan raketləri atmaq üçün onlardan istifadə etməyə hazırlaşdığını iddia etdikdən sonra ABŞ ordusu adadakı raket buraxıcılarına zərbə endirib.
Şayəstə





















