Qəzza bölməsinin şimal hissəsində İsrail ilə sərhəddə yerləşən “Erez” keçid məntəqəsi mallar üçün bağlı qalacaq və anklavda bərpa işləri silahsızlaşdırma və HƏMAS radikal hərəkatının tərksilah edilməsinə qədər başlamayacaq.
Elchi.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu bəyan edib.
“Erez keçid məntəqəsinin mallar üçün açılması barədə heç bir göstəriş yoxdur. İsrailin Qəzzadakı siyasəti aydındır və dəyişməyib: HƏMAS tərksilah olunana və bölmə tam silahsızlaşdırılana qədər heç bir bərpa işi aparılmayacaq”, — deyə Netanyahu bildirib. Baş nazirin açıqlamalarını onun dəftərxanası yayıb.
Məryəm





















