Yaponiya enerjidaşıyıcılarının tədarükünün diversifikasiyası üzrə plan təqdim edib. Bu plan xüsusilə Hörmüz boğazından yan keçməklə təchizatı təşkil etməyə imkan verən layihələrin dəstəklənməsini nəzərdə tutur.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü “The Japan Times” məlumat yayıb.
Tokio Yaxın Şərqin neft hasil edən ölkələri ilə neft kəmərlərinin tikintisi layihələri üzrə əməkdaşlıq edəcək. Xüsusilə Yaponiyanın Metallar və Enerji Təhlükəsizliyi Təşkilatı bu layihələrə maliyyə dəstəyi göstərəcək.
Öz növbəsində “EFE” agentliyi qeyd edir ki, Tokio enerjidaşıyıcılarının tədarükü üçün alternativ olaraq Fuceyra limanını (BƏƏ) və Səudiyyə Ərəbistanının Yambu limanını görür. Bundan əlavə, Yaponiya hakimiyyəti ABŞ, Əlcəzair və Perudan enerji resurslarının satın alınması imkanlarını araşdırır.
Yaponiya Yaxın Şərq neftindən kəskin dərəcədə asılıdır: 2025-ci ildə ölkə idxal etdiyi xam neftin 93%-ni məhz Hörmüz boğazı vasitəsilə əldə edib.
Məryəm





















