Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Elchi.az-ın məlumatına görə, avqustun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0354 manat təşkil edib. Rusiyanın 100 rublu 2,0505 manata kimi bahalaşıb, avro isə 1,9860 manata kimi ucuzlaşıb.






















