ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İrana qarşı İslam Respublikası üçün müharibə və təcrid demək olacaq genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır.
Elchi.az-ın xəbərinə görə, Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, maliyyə qurumlarının, şirkətlərinin və ya dövlət qurumlarının Tehrana dəstək verməsinə imkan yaradan istənilən ölkə də Vaşinqton tərəfindən tətbiq ediləcək sərt iqtisadi nəticələrlə üzləşəcək
“İran İslam Respublikasına razılıq əldə etmək üçün məndən daha çox fürsət təklif edən olmayıb. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də, bu gün mən tarixdə hər hansı bir ölkəyə qarşı həyata keçirilən ən genişmiqyaslı iqtisadi əməliyyatı elan edirəm. Bu, dağıdıcı iqtisadi müharibə və misli görünməmiş səviyyədə təcrid olacaq”,-deyə Tramp “Truth Social” sosial şəbəkə platformasında qeyd edib.
Bundan əlavə, Tramp ABŞ-ın İran İslam Respublikasına neft tədarükünü, maliyyə köçürmələrini və digər yardım növlərini dayandırmaq planlarını açıqladı.
Bundan əvvəl Tramp ABŞ hərbçiləri tərəfindən təşkil edilən Hörmüz boğazının dəniz blokadasının 100% uğurlu olduğunu iddia etmişdi.
Tramp daha əvvəl vurğulamışdı ki, Vaşinqton Tehranla danışıqlar aparmır və aparmağı da planlaşdırmır. Bundan əlavə, ABŞ Prezidenti əvvəllər bildirmişdi ki, Vaşinqton İranla avqustun 17-də müddəti başa çatan anlaşma memorandumunu uzatmaq niyyətində deyil.
Yeganə





















