NATO İrandan gələn potensial təhdidlərə qarşı çəkindirmə və müdafiə qabiliyyətlərinin güclü olduğunu və Alyansın bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, NATO rəsmisi Financial Times qəzetinin müharibənin yenidən qızışacağı təqdirdə İranın Avropadakı ABŞ hərbi hədəflərinə hücum etmək variantlarını nəzərdən keçirdiyi barədə xəbərindən sonra yazılı açıqlama verib.
Bəyanatda deyilir: “NATO-nun hava hücumundan müdafiə sistemləri bu ilin əvvəlində İrandan Türkiyəyə doğru atılan ballistik raketləri uğurla ələ keçirdiyindən, çəkindirmə və müdafiə mövqeyimiz güclü və təsirlidir.”
Bəyanatda NATO-nun istənilən təhdidə qarşı çıxmağa hazır olduğu vurğulanaraq əlavə edilib: “NATO bütün müttəfiqlərini müdafiə etmək üçün həmişə lazım olanı edəcək.”
Məryəm




















