Eviya və Korfu adalarında, eləcə də Tiva və Evros əyalətlərində meşə yanğınlarının baş verdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Yunanıstan mətbuatındakı xəbərlərə görə, Eviya adasındakı Komito Karisto meşəlik ərazilərində və Evros əyalətindəki Kumarlı kəndində yanğınlar baş verib.
Hər iki yanğın üçün həm havadan, həm də yerdən müdaxilə edilib.
Yunanıstan Yanğından Mühafizə Xidməti dünən 24 saat ərzində meşəlik ərazilərdə və kənd təsərrüfatı torpaqlarında 41 yanğın baş verdiyini açıqlayıb.
Korfu adasında və Tiva əyalətində meşə yanğınları baş verib.
İon dənizindəki Korfu adasında və Yunanıstanın Viotiya bölgəsindəki Tiva əyalətində meşə yanğınlarının baş verdiyi bildirilib.
Yunanıstan mətbuatındakı xəbərlərə görə, Korfu adasındakı Templani meşəlik ərazilərində və Tivada yanğınlar baş verib.
Hər iki yanğın üçün həm havadan, həm də yerdən müdaxilə edilib. Bu gün həmçinin Evia adasının Komito Karisto bölgəsindəki meşəlik ərazilərdə və Evros əyalətinin Kumarlı kəndində yanğınlar baş verib. Yunanıstan Yanğından Mühafizə Xidməti dünən son 24 saat ərzində meşəlik və kənd təsərrüfatı ərazilərində 41 yanğın baş verdiyini açıqlayıb.
Məryəm





















