"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

18 Avqust 2026 - 17:28
in SİYASƏT, XƏBƏR LENTİ
FacebookVatsap

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi və İdarə Heyətinin rəhbəri Sem Kliger, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, Nyu-York Ştat Assambleyasının üzvləri Mixail Novaxov və Alek Bruk Krasnı ilə görüşüb.

Bunu da oxuyun

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Bu barədə Elchi.az  -a  Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi nümayəndəsi səfir Tofiq Musayev də iştirak edib.

Sem Kligerlə görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporun oynadığı rol əsas müzakirə mövzularından biri olub. Görüşdə RINA ilə Azərbaycan diasporu arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, gənclərə yönələn proqramların və liderlik təşəbbüslərinin həyata keçirilməsi, eləcə də müxtəlif icmalar arasında dialoqun gücləndirilməsinə xidmət edən birgə layihələrin hazırlanması imkanları nəzərdən keçirilib. Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına və Azərbaycan diasporunun ABŞ cəmiyyətində daha fəal rol oynamasına verdiyi töhfələrə görə Sem Kligerə təşəkkürnamə təqdim olunub.

Yakov Abramovla görüşdə isə Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Azərbaycan və Qafqaz yəhudilərinin tarixi və mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və tanıdılması istiqamətində gördüyü işlər yüksək dəyərləndirilib.

Komitə sədri Azərbaycanın tarix boyu müxtəlif dini və etnik qrupların, o cümlədən yəhudi icmasının sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq müstəvidə təbliği xalqlar və icmalar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən, ölkəmizin Cənubi Qafqazda davamlı sülh və sabitliyin formalaşdırılması istiqamətində həyata keçirdiyi təşəbbüslərdən bəhs olunub. Xüsusilə, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla TRIPP layihəsinin mütləq və tezliklə icrası ilə bağlı apardığı müzakirələrə diqqət çəkilib.

Nyu-York Ştat Assambleyasının üzvləri ilə müzakirələrdə Azərbaycan icmasının şəhərin ictimai, mədəni və iqtisadi həyatında iştirakı, Nyu Yorkun inkişafına verdiyi töhfələr və diasporun Azərbaycan-Nyu York əlaqələrinin daha da möhkəmləndirilməsindəki roluna diqqət çəkilib. Tərəfər gələcəkdə mədəniyyət, təhsil, gənclər, diaspor fəaliyyəti və icmalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsində və əlaqələrin daha intensiv xarakter almasına xidmət edən platformaların yaradılmasında maraqlı olduqlarını bildiriblər.

Nyu-York Ştat Assambleyasının üzvü Mixail Novaxov 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu York Ştat Assambleyasında qəbul etdiyi bəyannaməni Komitə sədrinə təqdim edib. Bəyannamədə Azərbaycanın müstəqillik yolu, dünyəvi dövlət olması, tolerantlıq ənənələri, dağ yəhudi icmasının ölkədə sülh və əmin-amanlıq şəraitində yaşaması, ABŞ-də Azərbaycan icması, o cümlədən Azərbaycan kökənli dağ yəhudilərinin yüksək ictimai fəallığı diqqətə çatdırılıb.

Keçirilən görüşlər Azərbaycanın diaspor siyasətinin əsas istiqamətlərindən biri olan xaricdə yaşayan azərbaycanlıların yerli cəmiyyətlərə fəal inteqrasiyası ilə yanaşı, onların ölkəmizin tarixi-mədəni irsinin, multikulturalizm və tolerantlıq dəyərlərinin, habelə Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadığını bir daha nümayiş etdirib.

 

Previous Post

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

Next Post

Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

Bənzər yazılar

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə...

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən,...

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. 1. 8...

Ərdoğan Ceyhun Bayramovla görüşdü

Ərdoğan Ceyhun Bayramovla görüşdü

30 Oktyabr 2026 - 17:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Prezident Sarayında qəbul edib. Elchi.az xəbər verir ki, bu...

Next Post
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11
Parisdə komendant saatı tətbiq edilib

Parisdə komendant saatı tətbiq edilib

30 Oktyabr 2026 - 18:00
Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48
Ərdoğan Ceyhun Bayramovla görüşdü

Ərdoğan Ceyhun Bayramovla görüşdü

30 Oktyabr 2026 - 17:35
ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

30 Oktyabr 2026 - 17:26
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

30 Oktyabr 2026 - 17:14
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

30 Oktyabr 2026 - 17:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.