Argentina millisinin müdafiəçisi Naüel Molina “Roma”ya keçib.
Elchi.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı sağ cinah müdafiəçisi Madrid “Atletiko”sundan “Roma”ya birdəfəlik transfer olunub.
Molina Avropadakı karyerası ərzində “Udineze” və “Atletiko”nun heyətində bütün turnirlərdə 249 oyuna çıxıb və 19 qol vurub.
Argentina millisində 65 matç keçirən futbolçu iki dünya çempionatında iştirak edib. O, 2022-ci ildə Qətərdə keçirilən mundialda çempion olub. Molina həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.
Qeyd edək ki, argentinalı futbolçu “Roma”da 20 nömrəli formanı geyinəcək.




















