Cənubi Koreya, Şimali Koreyanın bir həftə ərzində ikinci dəfə Yapon dənizinə (Şərq dənizi) doğru naməlum raket buraxdığını bildirdi.
Elchi.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Cənubi Koreya Birgə Qərargah Rəisləri bu məsələ ilə bağlı açıqlama yayıb.
Bəyanatda Şimali Koreyanın yerli vaxtla təxminən saat 06:00-da şərqdəki Vonsan şəhəri yaxınlığından Yapon dənizinə doğru naməlum raket buraxdığı bildirilir.
Bəyanatda növü hələ müəyyən edilməmiş raketin 700 kilometrdən çox məsafə qət etdiyi və Şimali Koreyanın fəaliyyətinin yaxından izlənildiyi qeyd edilib.
Cənubi Koreya mediası, qət etdiyi məsafəyə görə raketin qısa mənzilli ballistik raket ola biləcəyini irəli sürüb.
Cənubi Koreya Prezident Aparatının açıqlamasında Şimali Koreyanın raket buraxmalarından sonra “təcili təhlükəsizlik qiymətləndirməsi” iclasının keçirildiyi bildirilib.
Bəyanatda qeyd olunur ki, görüşdə Cənubi Koreyanın verə biləcəyi potensial cavablar, eləcə də bu vəziyyətin milli təhlükəsizliyə təsirləri qiymətləndirilib və Şimali Koreyanın bir neçə gün ərzində raket atışları ilə bağlı narahatlıq vurğulanıb. Bəyanatda Şimali Koreyanın raket atışları “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozan təxribatlar” kimi təsvir edilib və bu atışlara son qoyulmasına çağırılıb. Cənubi Koreya 6 avqustda Şimali Koreyanın Yapon dənizinə (Şərq dənizi) doğru “qısa mənzilli ballistik raket” atdığını elan edib.
Şayəstə





















