Ermənistan Rusiya qazından asılılığını azaltmaq üçün alternativ təchizatçılardan qaz almaq üçün danışıqlar aparır.
Elchi.az xəbər verir ki, bu barədə “İnterfaks” Ermənistan mənbələrinə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, söhbət İran və Azərbaycandan gedir:
“İran qazının idxalının həcminin artırılması ehtimalı iyulda Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanın İrana səfəri zamanı müzakirə olunub. Gələcəkdə Azərbaycan qazının TRIPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində planlaşdırılan yeni boru kəməri vasitəsilə də tədarükü mümkündür.
Rusiya ilə Ermənistan arasında münasibətlərin dondurulması fonunda Moskva əvvəllər bildirmişdi ki, əgər İrəvan Avropa İttifaqına inteqrasiya kursunu davam etdirsə, Ermənistana verilən bir sıra imtiyazlar, o cümlədən Rusiya qazının tədarükü şərtləri yenidən nəzərdən keçirilə bilər”.
Faktla bağlı araşdırmalar davam etdirilir.





















