"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
in SİYASƏT
FacebookVatsap

22-23 iyul tarixlərində Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə üçüncü qeyri-rəsmi Şamaxı Toplantısı keçirilib.

Bunu da oxuyun

Latviya Rusiyaya etiraz notası təqdim edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Bu barədə XİN-dən Elchi.az-a bildirilib ki, tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib.

İştirakçı dövlətlər tədbirdə nazir, nazir müavini, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC-nin danışıqlar qrupları və Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunub.

Şamaxı Toplantısının mövzusu da əvvəlki illərdə olduğu kimi, iqlim danışıqlarının gündəliyində duran əsas istiqamətlərə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazlarının azaldılması mövzularına, eləcə də COP31 Sədrliyinin fəaliyyət gündəliyinə, habelə COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belem 1.5 Missiyası”na fokuslanıb.

Toplantıda UNFCCC-nin Köməkçi Orqanlarının cari ilin iyun ayında Bonn şəhərində keçirilmiş 64-cü sessiyasının nəticələri, həmin müzakirələr zamanı qarşıya çıxan əsas çətinliklərin aradan qaldırılması yolları, eləcə də bu məsələlərin Türkiyədə keçiriləcək COP31 çərçivəsində qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Toplantının açılış və bağlanış mərasimlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank, eləcə də COP31-in danışıqlar üzrə Prezidentinin müavini Salli Boks çıxış ediblər. Açılış mərasimində həmçinin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP30-un Baş icraçı direktoru, Braziliyanın Ətraf mühit və İqlim dəyişikliyi Nazirliyinin Milli Katibi Ana Toninin video-müraciətləri nümayiş etdirilib.

Qeyd edək ki, COP prosesinin illik təqvimi çərçivəsində mühüm tədbirlərdən birinə çevrilən Şamaxı Toplantısının formatının unikallığı tədbirdə iştirak edən iqlim danışıqçılarının qeyri-rəsmi mühitdə açıq, şəffaf və nəticəyönümlü fikir mübadiləsi aparmasına şərait yaradılmasıdır. Bu vasitə ilə qarşıdan gələn COP-da qəbul edilməsi nəzərdə tutulan qərarların razılaşdırılmasında ortaya çıxan problemlərin daha çevik həllinə imkan yaranmış olur.

Tədbir iştirakçıları Şamaxı Toplantısının ənənəvi platformaya çevrilməsinə dəstək ifadə etmiş və 2027-ci ildə keçiriləcək COP32-in ev sahibi qismində Efiopiya nümayəndə heyəti növbəti ilin iyulunda Azərbaycanla birlikdə dördüncü Şamaxı Toplantısının təşkilinə hazır olduqlarını bildirmişdir.

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilibİqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilibİqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilibİqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib
Previous Post

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Next Post

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Bənzər yazılar

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb. Elchi.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Elchi.az qəbul cədvəlini təqdim edir: Qəbulu aparan...

Milli Məclisin iclası başlayıb

MM: ABŞ Konqresinin qanun layihəsi Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək cəhddir

24 İyul 2026 - 17:25

Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə münasibət bildirib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə...

Next Post
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət...

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.