Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olmuş, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
Məlumata görə, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olmuş, onlardan 73 nəfəri həlak olmuş, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.





















