"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda taksi fəaliyyəti dəyişir

23 İyul 2026 - 14:14
in CƏMİYYƏT
FacebookVatsap

Dünyanın bir sıra ölkələrində süni intellekt və sensor texnologiyaları ilə idarə olunan sürücüsüz avtomobillər artıq real istifadəyə verilib. Xüsusilə taksi xidmətlərində tətbiq edilən bu nəqliyyat vasitələrində sərnişin avtomobilə əyləşir və avtomobil sürücünün iştirakı olmadan təyin olunan ünvana hərəkət edir.

Bunu da oxuyun

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Yaxın illərdə bu tip sürücüsüz nəqliyyat vasitələrinin Azərbaycanda da tətbiqi mümkündürmü? Bunun üçün ölkəmizdə hansı hüquqi, texniki və infrastruktur şərtlərinin formalaşdırılması vacibdir?

Elchi.az xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtonom avtomobillərlə bağlı ilk mühüm addım artıq atılıb:

“Bu ilin iyul ayının əvvəlində Milli Məclis avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə müvafiq anlayışları daxil edib. İndiyədək qanunvericilikdə belə anlayış ümumiyyətlə mövcud deyildi. Hazırda isə bunun hüquqi bazası formalaşdırılır, aidiyyəti qurumların öhdəlikləri müəyyənləşdirilir.

Bu o demək deyil ki, sürücüsüz avtomobillər istənilən ərazidə sərbəst hərəkət edə biləcək. İlk mərhələdə onlar yalnız xüsusi icazə verilmiş zonalarda fəaliyyət göstərəcək. Dünya təcrübəsində də məhz bu model tətbiq olunur. Söhbət əsasən sərnişindaşıma xidmətlərində istifadə edilən avtonom taksilərdən gedir və onların hərəkət marşrutları əvvəlcədən müəyyənləşdirilməlidir”.

Ekspert əlavə edib ki, bu sistemin işləməsi üçün operator şirkət müəyyən olunmalı, onun məsuliyyəti dəqiq şəkildə tənzimlənməlidir:

“Eyni zamanda, prosesdə iştirak edən bütün tərəflərin hüquq və öhdəlikləri aydın şəkildə formalaşdırılmalıdır. Avtonom avtomobillər sensorlar, kameralar və digər texnologiyalar vasitəsilə işıqforları, yol nişanlarını, hərəkət zolaqlarını, sürət rejimini və digər yol şəraitini analiz edərək hərəkət edir. Buna görə də onların istifadəsinə başlamazdan əvvəl həm texniki sistemlər, həm də infrastruktur geniş şəkildə sınaqdan keçirilməlidir. Hazırda bu sahədə hüquqi baza artıq yaradılıb. Növbəti mərhələdə texniki infrastrukturun formalaşdırılması, operatorların müəyyən edilməsi və aidiyyəti qurumların üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi vacibdir. Bu proses tamamlandıqdan sonra dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da sürücüsüz avtomobillərin tətbiqi mümkün olacaq”.

Previous Post

Tramp İranla müharibəni kiçik toqquşma adlandırdı

Next Post

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

Bənzər yazılar

Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

29 Sentyabr 2026 - 09:45

Sentyabrın 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti...

Lənkəranda işıq olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

29 Sentyabr 2026 - 09:03

Bu gün paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. "Azərişıq"dan Elchi.az-a verilən...

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb

28 Sentyabr 2026 - 21:30

Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə məlumat "Perished civilization"da öz...

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

Bakı Təşəbbüs Qrupu Nyu-Yorkda qayıdış hüququ və dekolonizasiyanı qabardıb

28 Sentyabr 2026 - 20:35

Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 81-sessiyasına qatılıb. Elchi.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarınbda...

Next Post
Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

Azərbaycanda işsizlərin sayı

Azərbaycanda işsizlərin sayı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46
Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Putin ordunu genişləndirmək qərarı aldı

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: Putin ordunu genişləndirmək qərarı aldı

29 Sentyabr 2026 - 10:37
Uzun ekran müddəti uşaqların öyrənmə və dil bacarıqlarına zərər verir

Uzun ekran müddəti uşaqların öyrənmə və dil bacarıqlarına zərər verir

29 Sentyabr 2026 - 10:29
Alimlər dünyanın ən dəqiq saatını yaratdı

Alimlər dünyanın ən dəqiq saatını yaratdı

29 Sentyabr 2026 - 10:16
Azərbaycanın neft-qaz sektorunun əsas göstəriciləri – CƏDVƏL

Azərbaycan nefti 122,5 dollara ticarət olunur

29 Sentyabr 2026 - 10:04
DYP: Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

DYP: Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

29 Sentyabr 2026 - 09:58
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

29 Sentyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb

29 Sentyabr 2026 - 09:36
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

29 Sentyabr 2026 - 09:28
Dünya birjalarında neft bahalaşıb

Dünya bazarlarında neftin bahalaşması davam edir

29 Sentyabr 2026 - 09:17
Lənkəranda işıq olmayacaq

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

29 Sentyabr 2026 - 09:03
Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

Kontr-admiral Səyyari: Amerika İranla nə edəcəyini bilmir

28 Sentyabr 2026 - 23:46
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

28 Sentyabr 2026 - 23:42
Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 - 23:38
ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

ABŞ Rumıniyaya 9 desant amfibiya maşını tədarük edib

28 Sentyabr 2026 - 23:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.