"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir

23 İyul 2026 - 15:52
in CƏMİYYƏT
FacebookVatsap

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün təşkil olunan “Zəfər” Amerika Yay Düşərgəsi davam edir.15–26 iyul tarixlərini əhatə edən düşərgə çərçivəsində cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universitetinin, Xəzər Universitetinin və Azərbaycan Tibb Universitetinin 10 nəfər şəhid övladı ABŞ-də zəngin akademik, mədəni və maarifləndirici proqramda iştirak edir.

Bunu da oxuyun

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Düşərgənin əsas məqsədi iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların liderlik bacarıqlarını və dünyagörüşünü inkişaf etdirmək, ABŞ-də təhsil və karyera imkanları ilə tanış olmalarına şərait yaratmaq, eləcə də ölkənin tarixi, dövlət quruluşu, mədəniyyəti, elm və innovasiya sahələri barədə biliklərini artırmaqdır.

Düşərgənin açılış mərasimində ADA Universitetinin Vaşinqton Mərkəzinin əməliyyatlar üzrə direktoru Luet Raqusa düşərgənin məqsədi, proqramı və iştirakçılar üçün yaradacağı imkanlar barədə məlumat verib, gənclərə uğurlar arzulayıb. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək şəhid övladlarının şəxsi və akademik inkişafına yönəlmiş bu cür layihələrin əhəmiyyətini vurğulayıb, düşərgənin onların gələcək hədəflərinə çatmasında mühüm töhfə verəcəyini bildirib. Düşərgənin ilk günü çərçivəsində İndiana Universitetinin İqtisadiyyat üzrə doktorantı Xətai Alıyev tərəfindən “Amerikada təhsil imkanları” mövzusunda təlim keçirilib. Təlim zamanı ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

“Zəfər” Amerika Yay Düşərgəsi çərçivəsində iştirakçılar ABŞ-nin tarixi, incəsənəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Proqram çərçivəsində iştirakçılar Ağ Evin tarixi və ABŞ prezidentliyi institutu haqqında interaktiv məlumatların təqdim olunduğu “The People’s House: A White House Experience” muzeyini ziyarət ediblər. Daha sonra Renwick Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunmuş “State Fairs Tour: Growing American Craft” sərgisi ilə tanış olaraq Amerika sənətkarlığının inkişaf yolunu əks etdirən eksponatlara baxıblar. İştirakçılar Lafayette Meydanı və Ağ Ev ətrafında gəzinti edərək şəhərin tarixi məkanları ilə tanış olublar. Səfər çərçivəsində Amerika Tarixi Milli Muzeyi də ziyarət olunub. Burada Prezidentlər pavilyonu, Birinci xanımlar pavilyonu, Yunan tanrısı üslubunda hazırlanmış Corc Vaşinqton heykəli, ABŞ dövlət himninə ilham vermiş tarixi bayraq, eləcə də ölkənin 250 illiyinə həsr olunmuş “Həyat, Azadlıq və Xoşbəxtlik Axtarışında” sərgisi iştirakçılarda böyük maraq doğurub. Ardınca Milli İncəsənət Qalereyasında “Amerika İncəsənətinin Tərənnümü”, “Dear America” və “Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə” sərgiləri ilə tanış olan düşərgə iştirakçıları Amerika incəsənətinin müxtəlif dövrlərini əks etdirən əsərləri yaxından izləyiblər.

Proqramın davamında iştirakçılar Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Torpedo Factory Art Centerdə fəaliyyət göstərən rəssam emalatxanalarını, xüsusilə, “Torpedo” İncəsənət Mərkəzində əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasını ziyarət edib, yaradıcı proseslə tanış olublar. Daha sonra qədim Aleksandriya şəhərinə ekskursiya edərək onun tarixi küçələrini və memarlıq nümunələrini gəziblər.

Proqram çərçivəsində iştirakçılar həmçinin beynəlxalq təcrübə və peşəkar inkişaf istiqamətində müxtəlif görüşlərdə iştirak ediblər. LB International’ın nümayəndəsi Lydia Borlandın iştirakı ilə keçirilən görüşdə iştirakçılar beynəlxalq təcrübə və peşəkar inkişaf istiqamətində məlumatlar əldə ediblər. Həmçinin Türkiyə Respublikasının Vaşinqtondakı Səfirliyinə səfər ediblər. İştirakçılar Smithsonian Milli Təbiət Tarixi Muzeyini ziyarət edərək Almaz və Qədim Misir pavilyonları ilə tanış olublar. Həmçinin Vaşinqton Abidəsi, Linkoln Memorialı və Tomas Cefferson Memorialına səfər edərək ABŞ-nin tarixi və mədəni irsi barədə biliklərini zənginləşdiriblər. Səfər çərçivəsində Baku Delicious restoranında Azərbaycan Evinin rəhbəri Sevda Tahirli və ABŞ-də yaşayan Azərbaycan icmasının nümayəndələri ilə səmimi görüş keçirilib. Həmçinin Amerikada yaşayan mərhum sənətkarımız Səxavət Məmmədovun oğlu Bəxtiyar bəylə görüş iştirakçılar üçün xüsusi və unudulmaz anlarla yadda qalıb.

ABŞ-də keçirilən yay proqramı çərçivəsində iştirakçılar Konqres Kitabxanasını ziyarət edərək onun tarixi və zəngin irsi ilə tanış olublar. Ardınca ABŞ Kapitolu, Ali Məhkəmə və ABŞ Konqresinin inzibati binalarına – Cannon, Longworth və Rayburn binalarına səfər edərək ölkənin qanunvericilik və məhkəmə sistemi haqqında daha yaxından məlumat əldə ediblər. Günün davamında ADA Universitetinin Vaşinqton Mərkəzinin Direktorlar Şurasının üzvü Lesli Şveitzer ilə görüş keçirilib. Görüş zamanı təhsil, gənclərin inkişafı və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Düşərgə iştirakçıları həmçinin Smithsonian Milli Hava və Kosmos Muzeyini ziyarət edərək aviasiya və kosmik tədqiqatların tarixi ilə tanış olublar. Proqramın növbəti günündə iştirakçılar American University-də hüquq sahəsi üzrə keçirilən görüşdə iştirak edib, universitetin Katzen Arts Centerini ziyarət ediblər. Daha sonra Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyində Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimlə görüş keçirilib. Görüş zamanı iştirakçılar Azərbaycan-ABŞ münasibətləri və diplomatik fəaliyyət barədə məlumat əldə ediblər. Səfər çərçivəsində ABŞ-Azərbaycan Ticarət Palatasına və Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə səfər edən iştirakçılar burada amerikalı iş adamları ilə görüşərək biznes və peşəkar əlaqələr, eləcə də iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Axşam saatlarında iştirakçılar Georgetown Waterfront, Thomas Sweet Ice Cream Shop və M Street ətrafında gəzinti ediblər. Günün sonunda isə Amerikada yaşayan tanınmış jurnalist Qənirə Ataş övladlarımızla görüşüb. Səmimi görüş zamanı iştirakçılarla maraqlı söhbətlər aparılıb, onların sualları dinlənilib və dəyərli fikirlər bölüşülüb. Proqramın davamında Corc Vaşinqton Universitetinin Mühəndislik, Elm və Texnologiya istiqaməti üzrə nümayəndəsi ilə görüş keçirilib. Daha sonra iştirakçılar Corc Vaşinqton Universitetinin “Textile Muzeyi” – ni ziyarət ediblər. İştirakçılar Milli Asiya İncəsənəti Muzeyini də ziyarət edərək “Of the Hills” sərgisi ilə tanış olublar. Günün davamında Smithsonian Milli Təbiət Tarixi Muzeyində “Beyond the Exhibition: 250 Years of Messaging” proqramında iştirak edərək kommunikasiya və texnologiyanın inkişafı ilə bağlı təqdimat və eksponatlarla tanış olublar. Proqram çərçivəsində iştirakçılar həmçinin Corc Vaşinqtonun Mount Vernon malikanəsini ziyarət edərək ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun həyatı və tarixi irsi ilə tanış olublar. Düşərgənin yekun günündə iştirakçılar Smithsonian Milli Zooparkını ziyarət edib, daha sonra Planet Word Muzeyində interaktiv proqramda iştirak ediblər.

Düşərgənin yekununda proqramda iştiraklarına görə iştirakçılara sertifikatlar təqdim olunacaq. Qeyd edək ki, 12 gün davam edən “Zəfər” Amerika Yay Düşərgəsi şəhid övladlarının inkişafına, onların potensialının üzə çıxarılmasına və beynəlxalq təcrübə qazanmalarına yönəlmiş layihələrin davamı olaraq iştirakçılara zəngin təcrübə və yeni imkanlar qazandırır.

Previous Post

ARDNF-in investisiya portfeli 9% artıb

Next Post

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Bənzər yazılar

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərdə arabir yağış yağır. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücülərə müraciət edib. Bu barədə Elchi.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib...

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Next Post
Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Rubio Ukraynada nizamlanma üçün şərti açıqladı

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

Cənubi Koreyanın Ukraynadakı səfiri ölkəsinə qayıtdı

10 Oktyabr 2026 - 10:30
Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16
Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.