ABŞ dövlət katibi Rubio ASEAN Zirvəsində Lavrovla görüşməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ASEAN Zirvəsi çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin xarici işlər naziri Vanq Yi ilə görüşməyə hazırdır. RİA Novosti agentliyinin məlumatına görə, o, bu barədə jurnalistlərə bildirib.
“Bunu yekunlaşdırdığımızdan əmin deyiləm, amma bəli, əlbəttə ki, onlarla görüşməyə hazırıq”, – deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Rubio ASEAN tədbirlərində iştirak etmək üçün 19-23 iyul tarixlərində Filippinə səfər edəcək.
Lavrovun Filippinə işgüzar səfəri 21-23 iyul tarixlərində baş tutacaq. Bu səfər zamanı o, Asiya-Sakit Okean bölgəsindəki vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim edəcək.
Daha əvvəl xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya xarici işlər naziri ilə ABŞ dövlət katibinin həm şifahi, həm də yazılı əlaqə saxladığını bildirmişdi. O, əlavə edib ki, ABŞ ilə işgüzar səviyyədə dialoq “gündəlik olaraq” davam edir. Ryabkov həmçinin bildirib ki, ABŞ-ın xüsusi elçisi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri gündəmdə qalır.
Şayəstə





















