Böyük Britaniya 16 çoxməqsədli “Gripen” qırıcısının alınması üçün Kiyevə yardım qismində 300 milyon avro ayıracaq.
Elchi.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ofisinin bəyanatında deyilir.
“Maliyyələşdirmə Ukraynaya 2029-cu ilə qədər İsveç istehsalı olan 16 ədəd çoxməqsədli “Gripen E” qırıcısından ibarət eskadron yaratmağa imkan verəcək. Yardım paketinə həmçinin pilotların və mühəndis-texniki heyətin hazırlanması, simulyatorların, ehtiyat hissələrinin və təyyarələrin istismara verilməsi, eləcə də cəbhə xəttində tətbiqi üçün zəruri olan digər avadanlıqların tədarükü daxildir”, — deyə mətndə qeyd olunur.
Məryəm



















