“İran, “Yuxulu Co Bayden”in “prezidentliyi” dövründə – 2024-cü ilin dekabrında qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verib”.
Elchi.az xəbər verir ki, bu xəbəri ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
“O, hazırda İran hüdudlarından kənarda, təhlükəsiz və sağlamdır. Amerika Birləşmiş Ştatları İranın bu xoşməramlı addımını yüksək qiymətləndirir!” – deyə o qeyd edib.
Yeganə




















