"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur – VİDEO

16 İyul 2026 - 11:26
in SİYASƏT
FacebookVatsap

“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək səviyyədədir. Lakin bəzi sahələr üzrə əməkdaşlığın inkişafında daha çox iş görməliyik”.

Bunu da oxuyun

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Pakistanın “PakTVGlobal” televiziya kanalına müsahibəsində deyib.

Şuşa Qlobal Media Forumunun əsas məqsədləri

Hikmət Hacıyev, ilk növbədə, IV Şuşa Qlobal Media Forumunun məqsədləri barədə danışıb: “Şuşa Qlobal Media Forumunun keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən dörd il əvvəl irəli sürülüb. Burada məqsəd Şuşanın Cənubi Qafqazda və regiondan kənarda keçmiş mədəni-intellektual rolunu bərpa etmək idi. Şuşada alimlər, akademiklər, jurnalistlər, filosoflar və şairlər bir yerə toplaşaraq müxtəlif intellektual ideyalar üzərində işləyirlər və Şuşanın əvvəlki ruhunu buraya qaytarırlar.

İkinci səbəb budur ki, Azərbaycan da qardaş Pakistan kimi, qlobal səhnədə media hücumlarına məruz qalır. Şuşa Forumunun funksiyalarından biri də bunların öhdəsindən gəlmək və həqiqətləri çatdırmaqdır. Bu, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından sonra baş verdi. Biz dünya ilə açıq danışırıq. Bu, cənab Prezidentin beynəlxalq media ilə birbaşa kommunikasiyasıdır. Bu təşəbbüs çox effektiv nəticələr verib. Burada sual limiti də yoxdur. İstənilən jurnalist düzgün hesab etdiyi sualı verə bilər. Bu il keçirilən forumda da Azərbaycan Prezidenti dünyanın bütün hissələrindən gələn sualları cavablandırdı.

Bundan başqa Şuşa Forumu həm də intellektual dialoqdur. Media dinamik şəkildə dəyişir. Süni intellekt, sosial şəbəkələr və medianın bütün ekosistemi dəyişir. Hamımız dezinformasiya ilə qarşılaşırıq. Buna görə də biz bir-birimizdən öyrənməli və təcrübələrimizi bölüşməliyik. Təkliflər irəli sürməliyik. Bu da Şuşa Forumunun məqsədlərindən biridir”.

Prezident İlham Əliyevin açıq dialoq və strateji kommunikasiya modeli

Hikmət Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda şəffaflıq və strateji kommunikasiya nümayiş etdirib: “Orada heç bir məhdudiyyət və senzura yox idi. Hər kəs istədiyi sualı verməkdə azad idi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi olduğuma görə fəxr edirəm. Gündəlik olaraq onun müdrikliyindən nəsə öyrənirik. Cənab Prezidentin mediaya yanaşması da bunlardan biridir. Dövlət başçısı iqtisadiyyatda, xarici siyasətdə, sosial və hərbi sahələrdə də eyni ruhu nümayiş etdirir. Reallıq budur ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü lideri var. Azərbaycan Prezidentinin sonuncu forumda suallara cavab verməsi, sadəcə, kommunikasiya deyildi, bu, beynəlxalq media ilə real dialoq idi”.

Azərbaycan-Pakistan strateji tərəfdaşlığı və qardaşlıq münasibətləri

Prezidentin köməkçisi Azərbaycan-Pakistan əlaqələrinə də toxunub və ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib: “Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur və bizim strateji tərəfdaşlığımız var. Mən həm də Baş nazir Şahbaz Şərif, feldmarşal Asim Munir və Prezident İlham Əliyev arasında dostluq və dərin hörmətin şahidi olmaq şərəfinə nail olmuşam. Azərbaycan əraziləri işğal altında olanda qardaş Pakistan Azərbaycana dəstək nümayiş etdirdi. Pakistan işğalçı ölkə ilə diplomatik münasibətlər qurmadı və Ermənistanı təcavüzkar ölkə kimi tanıdı. Bu təkcə Azərbaycan dövlətinin yox, xalqının da yaddaşında qalıb və biz həmişə bunu xatırlayacaq, yüksək qiymətləndirəcəyik.

Eyni zamanda, biz Pakistanın uğurlarına sevinirik. Son zamanlarda Körfəz regionunda ABŞ və İran arasında yaşanan hərbi münaqişədə Pakistan strateji səbr və müdriklik göstərərək, bu konfliktin həlli üçün vasitəçilik platforması yaratdı, anlaşma memorandumunun imzalanması və münaqişənin sonlandırılmasını təmin etdi. Pakistan burada güclü dövlət keyfiyyətlərini, strateji uzaqgörənliyini nümayiş etdirdi. Pakistanın qlobal məsələlərdə vacib geostrateji əhəmiyyəti üzə çıxdı. Sizin qardaşlarınızın olaraq, biz buna çox sevinirik. Pakistanlı qardaşlarımızın bacarığına güvənirik. Pakistan dövləti sülhün təmin olunmasına çalışır və bu da onların qlobal və regional sülhlə bağlı yaxşı bir iş görmək üçün səmimi hisslərindən doğur. Bu konfliktin qlobal təsirləri var. Pakistanın səyləri olmasaydı münaqişə region sərhədlərindən kənara çıxa və eskalasiyaya yeni elementlər daxil ola bilərdi. Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır. İnanırıq ki, Pakistanın səyləri müsbət nəticə verəcək. Eyni zamanda, bilməliyik ki, vasitəçi mesaj aparıb-gətirir, amma yekun qərarı tərəflər verir”.

Biznes əlaqələrinin inkişaf potensialı

Hikmət Hacıyev siyasi və geostrateji səviyyədə Azərbaycan və Pakistan arasında əlaqələrin mükəmməl olduğunu və bunun hər iki ölkənin iradəsini nümayiş etdirdiyini, lakin hələ də görülməli işlərin olduğunu diqqətə çatdırıb: “Ölkələrimizin rəhbərlikləri Azərbaycan və Pakistan arasında institusionallaşmış əməkdaşlığın formalaşması üçün qızğın iş aparır. Amma əlbəttə ki, daha çox işlər görməliyik – iqtisadi-ticari, humanitar-mədəni əlaqələrdə, xalqlar arasındakı münasibətlərdə. Bax burada biz əminlikdə deyə bilərik ki, daha çox iş görməliyik. Azərbaycan və Pakistan iş adamları arasında daha çox kontakt olmalıdır. Hər iki ölkənin böyük iqtisadi potensialı və fürsətləri var. Amma bəzən informasiyanın olmaması ticari-iqtisadi əlaqələrimizə təsir edir. İcazə verin sizə bir nümunə çəkim. Azərbaycan lazımi qədər informasiyanın olmaması səbəbindən, institusionallaşmış biznes mexanizmlərinin olmamasına görə Pakistan düyüsünü üçüncü bir ölkədən idxal edirdi. Bu məsələ Azərbaycan hökumətinə çatdırıldıqdan sonra lazımi tədbirlər görüldü. Pakistan düyüsü gömrük vergisindən azad edildi. Bu da Pakistan düyüsünün Azərbaycan bazarındakı rəqabət qabiliyyətini daha da artırdı. Bu sadəcə bizim bütün sahələrdə əldə edə biləcəyimiz irəliləyiş üçün bir nümunədir. Biz iş adamlarını daha yaxşı məlumatlandırmalıyıq”.

Prezidentin köməkçisi turizm əlaqələrinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb: “Biz bundan çox razıyıq. Hazırda Azərbaycanla Pakistan arasında birbaşa uçuşların sayı artıb. Bu, yaxşı əlamətdir. Amma mədəni və digər sahələrdə daha çox iş aparılmalıdır. Burada media nümayəndələrinin də üzərinə yük düşür. Azərbaycan və Pakistan mediası arasında daha çox əməkdaşlıq olmalıdır. Biz öz cəmiyyətlərimizi bir-birimizin mədəniyyəti, biznes imkanları haqqında daha çox məlumatlandırmalıyıq. Mənim qardaşım, Pakistanın informasiya naziri bu məsələni dəstəkləyir və bunun üçün çox iş görüb. Pakistanın yaxşı inkişaf etmiş ingilis dilli jurnalistikası var. Azərbaycanda da biz bu sahənin inkişafına çalışırıq və düşünürəm ki, bu məsələdə Pakistanın təcrübəsindən faydalana bilərik. “Anewz” və sizin “PakTvGlobal” kanalı arasında imzalanan memorandum çərçivəsində əməkdaşlığın inkişaf etdiyini görməkdən məmnunam. Deyə bilərik ki, Azərbaycan və Pakistan arasında əməkdaşlığın inkişafı üçün heç bir limit yoxdur”.

Previous Post

Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Next Post

Təhlükə artır: ABŞ-dən Ebola ilə bağlı səyahət məhdudiyyəti

Bənzər yazılar

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

16 İyul 2026 - 11:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf...

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

16 İyul 2026 - 11:34

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda Zəfər parkını ziyarət edib. Elchi.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri...

Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

16 İyul 2026 - 11:17

Azərbaycan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun...

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

16 İyul 2026 - 11:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. Elchi.az xəbər verir ki, dövlətimizin başçısı...

Next Post
Təhlükə artır: ABŞ-dən Ebola ilə bağlı səyahət məhdudiyyəti

Təhlükə artır: ABŞ-dən Ebola ilə bağlı səyahət məhdudiyyəti

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

16 İyul 2026 - 12:28
Paytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

Paytaxt üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb

16 İyul 2026 - 12:22
Myanma sahillərində miqrant qayığı batdı: 500-dən çox insan itkin düşüb

Myanma sahillərində miqrant qayığı batdı: 500-dən çox insan itkin düşüb

16 İyul 2026 - 12:15
Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

Azərbaycan-Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

16 İyul 2026 - 12:05
Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

16 İyul 2026 - 11:54
Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

Azərbaycanda “yaşıl enerji” istehsalı artıb

16 İyul 2026 - 11:46
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləyin sürəti 21 m/s-ə çatır – FAKTİKİ HAVA

16 İyul 2026 - 11:37
Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib

16 İyul 2026 - 11:34
Təhlükə artır: ABŞ-dən Ebola ilə bağlı səyahət məhdudiyyəti

Təhlükə artır: ABŞ-dən Ebola ilə bağlı səyahət məhdudiyyəti

16 İyul 2026 - 11:32
Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur – VİDEO

Hikmət Hacıyev Pakistan televiziyasına müsahibə verib: Şuşa Qlobal Media Forumu həm də intellektual dialoqdur – VİDEO

16 İyul 2026 - 11:26
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir

16 İyul 2026 - 11:17
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

16 İyul 2026 - 11:12
Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb

Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb

16 İyul 2026 - 11:05
ABŞ mediasında Çin qorxusu: Pekin iqtisadi dağıdıcılıq yarada bilər

ABŞ mediasında Çin qorxusu: Pekin iqtisadi dağıdıcılıq yarada bilər

16 İyul 2026 - 10:51
Kiyevə raket və PUA hücumu: Ən azı 30 ölü

İranın Ali Lideri Xameneinin Baş Məsləhətçisi: Hörmüz Boğazı İrana məxsusdur

16 İyul 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.