Bakı şəhərində daha üç ünvanda yol təmiri yekunlaşıb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, ötən şənbə və bazar günləri Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində aparılan təmir işləri yekunlaşdırılıb.





















