Azərbaycanda 15 qurumun kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə yeni platformanın alınması üçün 2,2 milyon manat vəsait ayrılıb.
Elchi.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi açıq tender elan edib.
Məlumata görə, kibertəhlükəsizlik tədbirlərinin effektivliyinin qiymətləndirilməsi və avtomatlaşdırılmış validasiyası platformasının satın alınması üçün ehtimal olunan qiymət 2 milyon 212 min 915,95 manatdır.
Tender sənədinə əsasən, platforma dövlət qurumlarının kibermüdafiə sistemlərini real hücum ssenariləri əsasında avtomatlaşdırılmış şəkildə yoxlamalı, şəbəkə, son nöqtə (endpoint), e-poçt, veb tətbiqlər və bulud mühitlərində təhlükəsizlik nəzarətlərinin effektivliyini qiymətləndirməlidir.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 7-nə təyin olunub.





















