"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır” – Qüdrət Həsənquliyev

12 İyul 2026 - 17:15
in SİYASƏT
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.

Bunu da oxuyun

BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus” sammitində iştirakı ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib

Elchi.az açıqlamanı təqdim edir:

– Qüdrət bəy, Birinci Beynəlxalq İslam Sivilizasiyası Konfransına Siz də qatılmışdınız, təəssüratlarınızı bölüşməyi xahiş edirik…

– Mən və deputat həmkarım Cavanşir Paşazadə həmin Konfransa hörmətli Şeyx Həzrətləri Allahşükür Paşazadənin dəvəti ilə qatılmışdıq. Konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış din xadimləri, islamşünas və şərqşünas alimlər, ictimai-siyasi xadimlər, dövlət adamları qatılmışdı. Konfransda Azərbaycandan Şeyx Həzrətləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış etdilər.

Səfərlə bağlı ən böyük təəssüratım Şeyx Həzrətlərinin 55 il keçməsinə baxmayaraq, Buxarada və Daşkənddə dini təhsil aldığı zaman dostluq etdiyi ailələrlə bugünə qədər çox isti və səmimi münasibətləri qoruyub saxlaması oldu. Bu, bütün gənclər üçün örnək ola biləcək nümunədir.

Daşkənddə möhtəşəm İslam Sivilizasiya Mərkəzi tikilib. Bura muzey kimi istifadə olunmaqla yanaşı, həm də müxtəlif tədbirlər keçirmək üçün əlverişli bir məkandır. Daşkəndə səfər edən hər bir soydaşımıza ora mütləq getməyi tövsiyə edərdim. Özbəkistan Türkiyədən sonra bizə ən yaxın ölkə olub, bizi daim müdafiə edib. Prezident Mirziyoyev Azərbaycanı sözü ilə əməli üst-üstə düşən dost və qardaş ölkə adlandırır. Özbəkistanda iqtisadi azadlıqlar genişləndikcə, ölkə iqtisadiyyatına daxili və xarici investisiya qoyuluşu artır, iqtisadiyyat böyüyür, insanlar bunu öz həyatlarında hiss edirlər. Konfrans həm də Səmərqənddə davam etdi. Şeyx Həzrətləri orada da çıxış etdi. Şeyx Özbəkistanı özünün ikinci vətəni hesab edir, özbəklər bunu çox yüksək qiymətləndirirlər. Ona göstərilən böyük hörmətin şahidi oldum. Onun İlham Əliyevlə Şövkət Mirziyoyevin Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsinə verdikləri töhfələri əks etdirən “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitabının Daşkənddə böyük təqdimat mərasimi keçirildi. Özbəkistan prezidenti Şeyx Həzrətlərini islam xalqlarının birliyinə, islama əsaslanan milli-mənəvi dəyərlərin təbliğinə, islamda islahatların aparılması istiqamətində göstərdiyi səylərə, Özbəkistan və Azərbaycan arasında dostuğun inkişafına verdiyi töhfələrə görə “El-Yurt Hörməti” ordeni ilə təltif etdi və şəxsən təqdim etdi.

Mirziyoyev dini ekstremizmə qarşı mübarizəni islam maarifçiliyində görür. O, Səmərqənddə İmam Buxarinin məqbərəsinin və məscidin yenidən qurulmasını təmin edib, muzey, insanlar üçün ziyarət və istirahət kompleksi yaradıb. Tövsiyə edərdim ki, vətəndaşlarımız yay ayları isti olduğu üçün yaz və payız aylarında Səmərqəndə, Buxaraya səfər etsinlər. Buxaraya səfər zamanı biz Şeyxlə birlikdə şəhər ətrafında yerləşən Şeyx Bahaəddin Nəqşibənd kompleksini, onun məzarını ziyarət etdik. Restavrasiya olunmuş XVI əsrə aid bu abidələri görmək lazımdır. Şeyx Həzrətləri ilə birlikdə Buxarada onun 7 illik təhsilini 3 ilə başa vurduğu mədrəsəyə, tələbəlik illərindən dostluq etdiyi evə də getdik. Çox təsirli səhnələr idi.

İslam sivilizasiyasının təbliğinə, dini maarifçiliyin yayılmasına, islami birliyə, sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır və buna görə Özbəkistan ən xoş sözlərə layiqdir.

"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev"Sülhə və əmin-amanlığa xidmət edən bu cür konfransların keçirilməsi alqışlanmalıdır"-Qüdrət Həsənquliyev
Previous Post

Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

Next Post

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

Bənzər yazılar

BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

01 Sentyabr 2026 - 15:30

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı BMT-nin 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası barədə danışıb....

Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus” sammitində iştirakı ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ŞƏT plyus” sammitində iştirakı ilə bağlı paylaşım edilib

01 Sentyabr 2026 - 11:43

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Bişkekdə “ŞƏT plyus" sammitində iştirakı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib

Prezident İlham Əliyev Bişkekdə Hindistan Baş naziri ilə söhbət edib

01 Sentyabr 2026 - 11:37

Prezident İlham Əliyev Narendra Modi ilə söhbət edib. Elchi.az xəbər verir ki, Azərbaycan Prezidenti və Hindistan Baş naziri "ŞƏT plyus" sammiti çərçivəsində söhbət ediblər.

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib

01 Sentyabr 2026 - 11:30

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Slovakiya...

Next Post
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib – FOTO – VİDEO

FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirib - FOTO - VİDEO

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Sabah Abşeron çimərliklərində hava küləkli olacaq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Norveç kralı VIII Hokon and içib

Norveç kralı VIII Hokon and içib

01 Sentyabr 2026 - 16:25
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

01 Sentyabr 2026 - 16:18
Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

Trampın populyarlığı çökür: dəstək 33 faizə endi

01 Sentyabr 2026 - 16:00
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

01 Sentyabr 2026 - 15:52
Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxdı? – Araşdırma başladı

Bağçaya gedən uşağın qanından psixotrop dərman çıxdı? – Araşdırma başladı

01 Sentyabr 2026 - 15:43
BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

BMT TŞ qətnamələri ilə bağlı ÇAĞIRIŞ

01 Sentyabr 2026 - 15:30
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

01 Sentyabr 2026 - 15:14
Si Cinpin BMT-nin nüfuzunun bərpa edilməsinə çağırıb

Si Cinpin BMT-nin nüfuzunun bərpa edilməsinə çağırıb

01 Sentyabr 2026 - 15:00
Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

Erkən nikahlar: Riskləri əvvəlcədən necə müəyyənləşdirmək olur?

01 Sentyabr 2026 - 14:54
Quterreş Ukrayna ilə bağlı müraciət edib

Quterreş Ukrayna ilə bağlı müraciət edib

01 Sentyabr 2026 - 14:00
Almaniya Rusiyaya müharibə elan edib

Almaniya Rusiyaya müharibə elan edib

01 Sentyabr 2026 - 13:00
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

01 Sentyabr 2026 - 12:45
Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

Hindistanda fişəng fabrikində partlayış: 11 ölü, 5 yaralı

01 Sentyabr 2026 - 12:27
Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

Belçikada elektrikli skuter sürücülərinə yeni qayda

01 Sentyabr 2026 - 12:17
ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

ABŞ ordusunda istefa böhranı: Dan Driskoll vəzifəsini tərk etdi

01 Sentyabr 2026 - 12:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.