"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11 İyul 2026 - 11:22
in GÜNDƏM, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

Bunu da oxuyun

Bakı və Abşeron yarımadasında dolu yağacaq

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

Elchi.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.

Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.

Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.

Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.

X X X

Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir. Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.

“Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.

X X X

Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.

Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib.

“Ağbulaq-2” SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.

X X X

Laçın rayonunda inşa edilən 4 MVt gücündə “Şeylanlı” Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.

Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.

“Şeylanlı” SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.

X X X

Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olubLaçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Previous Post

Monteneqroda baş verən qətllə bağlı DNT tədqiqatı aparılması üçün Azərbaycandan hüquqi yardım istənilib

Next Post

Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb

Bənzər yazılar

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Elchi.az  xəbər verir ki, xəbərdarlıqda deyilir: "Hazırda ölkə...

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri...

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

31 Avqust 2026 - 20:26

Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycanla bağlı həqiqətə...

Next Post
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb

Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir – FOTO

Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

31 Avqust 2026 - 20:36
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

31 Avqust 2026 - 20:32
MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

MEDİA Britaniya qəzetlərində Azərbaycanla bağlı yazılara münasibət bildirib

31 Avqust 2026 - 20:26
Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

Pentaqon raket istehsalını artırmaq üçün müqavilələr bağlayıb

31 Avqust 2026 - 20:21
İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

31 Avqust 2026 - 20:08
Messi milli komandadakı karyerasını başa vurub

Messi milli komandadakı karyerasını başa vurub

31 Avqust 2026 - 19:29
Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib – VİDEO

31 Avqust 2026 - 19:10
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

31 Avqust 2026 - 18:59
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub – FOTO – VİDEO – YENİLƏNİB-1

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub – FOTO – VİDEO – YENİLƏNİB-1

31 Avqust 2026 - 18:52
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45
Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

31 Avqust 2026 - 18:39
Tramp: İran rəsmən ölüb və xaos içindədir

Tramp: İran rəsmən ölüb və xaos içindədir

31 Avqust 2026 - 18:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.