"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir – FOTO

10 İyul 2026 - 16:09
in CƏMİYYƏT
FacebookVatsap

İyulun 10-da Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad edib.

Bunu da oxuyun

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Bu barədə Elchi.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən bildirilib.

Qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq, “Əbədi məşəl” abidəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın son illər ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu münasibətlərə Prezident İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviçsin bu ilin aprel ayında Azərbaycana rəsmi səfərindən sonra yeni təkan verilib.

Bildirilib ki, dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış səmərəli tərəfdaşlıq münasibətləri məhkəmə-hüquq sahəsində də uğurla davam etdirilir. Bu baxımdan, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Konstitusiyanın aliliyinin təmin edilməsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Sədr qonaqlara respublikamızda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlar, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi barədə ətraflı məlumat verib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətləri və qərar qəbul etmə proseduru, konstitusiya nəzarətinin həyata keçirilməsi, eyni zamanda, məhkəmənin qərarlarında əks olunmuş hüquqi mövqelərin hüquq sisteminin inkişafında əhəmiyyəti barədə danışıb.

Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina səmimi qəbula görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində formalaşmış təcrübə, habelə, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə ətraflı məlumat verib.

Xanım sədr qeyd edib ki, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşısında duran ortaq məsələlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olduqca faydalıdır.

Daha sonra hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatlarının məsul əməkdaşlarının iştirakı ilə formalaşmış məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin aktual məsələləri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsinin müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili, süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin mütərəqqi hüquqi yanaşmalar əsasında konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər.

Görüşün sonunda qonaqlar məhkəmənin binası ilə tanış olub, xatirə fotoşəkilləri çəkdiriblər.

Previous Post

Zaxarova Ukraynanı Polşanın “səbri” barədə XƏBƏRDAR ETDİ

Next Post

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu – FOTO

Bənzər yazılar

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında...

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35

Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin...

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi, nəzəri biliklərinin dərinləşdirilməsi və praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələr üzrə...

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09

Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Elchi.az xəbər...

Next Post
Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu – FOTO

Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu - FOTO

Birinci yarımildə 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Birinci yarımildə 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.