"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

10 İyul 2026 - 13:14
in CƏMİYYƏT
FacebookVatsap

“Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri” kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir”.

Bunu da oxuyun

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

APA xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Bildirilib ki, hazırda tanınma – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiq Prezidentin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

“Qaydalara əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Belə ki, qaydaların tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə qaydaların tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (https://e-qanun.az/framework/54957), həmçinin https://tkta.edu.az/az/media/faq FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq”, – məlumatda qeyd olunub.

Previous Post

Putinin reytinqi aşağı düşüb – SORĞU

Next Post

FHN-dən əhaliyə müraciət – VİDEO

Bənzər yazılar

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 - 15:42

Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq...

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

29 Oktyabr 2026 - 14:14

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur. Elchi.az-ın məlumatına görə, qadınların orta çəkisi 52.5 kiloqram, kişilərin orta çəkisi isə 47.5 kiloqram...

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

29 Oktyabr 2026 - 14:07

Bu il yanvarın 1-dən oktyabrın 15-dək "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin qatarlarında 800-dən çox əşya unudulub. Bu barədə Elchi.az-a ADY-dən...

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur

29 Oktyabr 2026 - 13:43

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və...

Next Post
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN-dən əhaliyə müraciət - VİDEO

Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Avropa Cənubi Koreyanın Rusiya ilə yaxınlaşmasından narahatdır

Avropa Cənubi Koreyanın Rusiya ilə yaxınlaşmasından narahatdır

29 Oktyabr 2026 - 16:00
Gələn ildən vergi güzəştləri qüvvəyə minəcək

Gələn ildən vergi güzəştləri qüvvəyə minəcək

29 Oktyabr 2026 - 15:51
Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 - 15:42
Pentaqonda şok qərar: Təcrübəli generalın gedişi narazılıq yaratdı

Pentaqonda şok qərar: Təcrübəli generalın gedişi narazılıq yaratdı

29 Oktyabr 2026 - 15:30
NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

NATO-da Ukrayna gündəmi: London və Berlin hərəkətə keçir

29 Oktyabr 2026 - 15:16
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

29 Oktyabr 2026 - 15:08
Serbiyada təkrar seçkilər keçiriləcək

Serbiyada təkrar seçkilər keçiriləcək

29 Oktyabr 2026 - 15:00
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu

Dünya çempionatında 3 güləşçimiz məğlub oldu

29 Oktyabr 2026 - 14:53
Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq

29 Oktyabr 2026 - 14:44
Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

Azərbaycanda işləyən gənclərin sayı 94 min nəfər azalıb

29 Oktyabr 2026 - 14:30
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

29 Oktyabr 2026 - 14:14
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

29 Oktyabr 2026 - 14:13
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

Sərnişinlər qatarlarda ən çox bunları unudurlar – Siyahı

29 Oktyabr 2026 - 14:07
Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

Vens Avropa ölkələrini parazitlikdə ittiham etdi

29 Oktyabr 2026 - 14:00
Azərbaycanda bankların birləşməsi davam edəcək

Azərbaycanda bankların birləşməsi davam edəcək

29 Oktyabr 2026 - 13:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.