ABŞ prezidenti Donald Tramp “SpaceX”-in qurucusu İlon Maskın sərvətinin 1 trilyon dolları ötməsindən sonra ona təbrik göndərdiyini bildirib.
Elchi.az xəbər verir ki, Tramp bu barədə “CNBC”-yə müsahibəsində deyib.
“Mən ona “Təbrik edirəm, çox yaxşı” deyərək not yazdım”, – prezident qeyd edib.
Amerika lideri Maskla çox yaxşı münasibətləri olduğunu əlavə edib. Eyni zamanda, Tramp qeyd edib ki, administrasiyasının bütün ABŞ sakinlərinin elektrikli avtomobillərə keçidini məcburi etməkdən imtinası onunla “Tesla” avtomobil şirkətinin təsisçisi Mask arasında kiçik fikir ayrılıqlarına səbəb olub:
“İlon bundan elə də məmnun deyil — və mən bunun səbəbini başa düşürəm — amma vəziyyəti yaxşıdır”, — deyə Tramp bildirib.
Yeganə





















