İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqədr ölkənin keçmiş ali lideri (1989-2026) Əli Xameneinin ölümündə təqsirkar olanların vaxtı gələndə cəzalandırılacağını vəd edib.
Elchi.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası katibinin bəyanatında bildirilir.
“Böyük Xameneinin və İranın məzlum şəhidlərinin nahaq tökülmüş qanının qisası ilə bağlı iş açıqdır, bu cinayətlərin sifarişçiləri və icraçıları vaxtı gələndə saleh insanların əli ilə cəzalandırılacaqlar”, — deyib.
Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayacaq. Cümə günü keçiriləcək matəm tədbirində ən azı 30 ölkədən gəlmiş yüksəkrütbəli nümayəndə heyətləri iştirak edəcək. İyulun 4-dən 5-dək Xameneinin nəşi Tehranın Mosalla kompleksində (Tehranın ən böyük dini-ictimai kompleksi) olacaq və istənilən şəxs onunla vidalaşa biləcək. İyulun 6-da İran paytaxtının əsas küçələrində matəm yürüşü keçiriləcək, bundan sonra nəş ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə aparılacaq və iyulun 7-də orada matəm mərasimləri təşkil olunacaq. Xameneinin dəfn mərasimi isə iyulun 9-na onun doğma şəhəri Məşhəddə təyin edilib.
Məryəm





















